AZ

“Benfika” “Qarabağ”la oyuna itkilərlə çıxacaq

“Benfika” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda “Qarabağ”la qarşılaşmada bir neçə əsas oyunçusundan yararlana bilməyəcək.

İdmanxeber.az xəbər verir ki, Amar Dediç və Dodi Lukebakio zədə səbəbindən son məşqdə iştirak etməyiblər. Onların oynayıb-oynamayacağına baş məşqçi Bruno Laje qərar verəcək.

Manu Silva, Aleksander Ba, Bruma və Nuno Feliks isə uzun müddətdir sıradan çıxıblar və Bakıdakı matçı buraxacaqlar.

Qeyd edək ki, “Benfika” – “Qarabağ” oyunu sabah saat 23:00-da başlayacaq.

 

Seçilən
10
idmanxeber.az

1Mənbələr