AZ

Cəbrayıl la oyuna qələbə üçün yollanacağıq Mingəçevir in hücumçusu

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Futbol üzrə Azərbaycan 1-ci Liqasının ilk turunda "Səbail"in qonağı olan "Mingəçevir" 0:2 hesabı ilə məğlub oldu. Qarşısına çempionluq hədəfi qoyulmuş "işıqçılar"ın hücumçusu Samir Abdullayevlə əlaqə saxlayıb fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Dünəndən artıq "Cəbrayıl"la oyunun hazırlıqlarına başlamışıq. İlk oyundakı məğlubiyyəti unudub bütün diqqətimizi qarşıdakı matça yönəltmişik. "Cəbrayıl"la oyuna qələbə üçün yollanacağıq. Bütün azarkeşlərimizin, Mingəçevir əhalisinin, bizə inanan insanların etimadını doğrultmaq istəyirik. Allah qoysa, sonrakı çempionat oyunlarında qələbə qazanıb istədiyimiz yerlərə yüksələcəyik".

Qeyd edək ki, "Cəbrayıl" - "Mingəçevir" oyunu sentyabrın 17-də keçiriləcək. Şamaxı OİK stadionunda baş tutacaq qarşılaşmanın start fiti 16:00-da səsləndiriləcək.

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
1
fanat.az

2Mənbələr