AZ

Polşaya hücum: Rus səfir Britaniya XİN-ə çağırıldı

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin Britaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə Britaniya XİN bəyanat yayıb.

"Böyük Britaniya Polşa, Rumıniya, Ukrayna və NATO-dakı müttəfiqlərimizlə tam həmrəyliyini ifadə edir və bu məsuliyyətsiz hərəkətləri birmənalı şəkildə pisləyir", - bəyanatda vurğulanıb.

Qeyd olunub ki, alyans Rusiyanın hərəkətlərinə ciddi yanaşır:

"NATO üzrə müttəfiqlərimizlə birlikdə biz şərq cinahımızda ən son texnologiyalardan, o cümlədən PUA-ların aşkar edilməsi və məhv edilməsi üçün vasitələrdən istifadə etməklə, müdafiəmizi gücləndiririk".

Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.

Seçilən
18
3
axar.az

4Mənbələr