AZ

Qabil Məmmədovla bağlı qərarın bilinməyənləri Siyahıda olanlar...

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Almaniyada yaşayan bloger Qabil Məmmədova verilən qiyabi həbs qərarının qüvvədə saxlanılması bir sıra məsələləri yenidən aktuallaşdırıb. Hazırda xüsusilə “qiyabi həbs nədir və kimlərə tətbiq olunur?” sualı gündəmdədir. Bu qəbildən olan digər nümunələr arasında jurnalist Rövşən Əsgərov, Avropa İttifaqının (Aİ) keçmiş mühasibi Zərifə Abbasova və ictimai fəal Aytac Ağazadənin adları da yer alır. 

Qiyabi həbs qərarı hansı hallarda və hüquqi əsaslarla çıxarılır?

Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, qiyabi həbs şübhəli, yaxud təqsirləndirilən şəxs istintaq və məhkəməyə gəlmədikdə, gizləndikdə, həmçinin ölkə xaricində olduqda onun barəsində iştirakı olmadan məhkəmənin verdiyi həbs-qətimkan qərarıdır:

“Yəni həmin şəxs məhkəmə zalında iştirak etməsə də, onun barəsində həbs-qətimkan tədbirini seçilə bilir. Cinayət Prosessual Məcəlləsinə (CPM) görə, qətimkan tədbiri yalnız məhkəmənin qərarı ilə olur. Onlardan ən ağır forma həbs-qətimkan tədbiridir. Qiyabi həbs qərarı müəyyən şəxs gizlənirsə, istintaqdan yayınırsa, rəsmi çağırışlara səbəbsiz gəlmirsə, ölkə xaricində yaşayır və geri qayıtmaqdan imtina edirsə, eyni zamanda onun iştirakı olmadan ədalətli məhkəmə prosesini aparmaq mümkünsüz olduğu hallarda tətbiq olunur. Bunun üçün istintaq orqanı və ya prokuror məhkəməyə təqdimat verir, səbəbləri əsaslandırır. Daha sonra məhkəmə həmin təqdimatı araşdırır və şəxsin iştirakı olmadan qərar çıxara bilər. Qərar qəbul edildikdən sonra şəxs barəsində əvvəlcə respublika daxili, sonra beynəlxalq – İnterpol vasitəsilə axtarış elan olunur. Şəxs tutulduqda və Azərbaycana gətirildikdə, məhkəmə onun iştirakilə qiyabi həbs qərarını yenidən nəzərdən keçirir”.

Ellada Bayramova

Hüquqşünas bildirib ki, qiyabi həbsin məqsədi təqsirləndirilən şəxsi cinayət məsuliyyətindən yayınmaqdan çəkindirmək, istintaqın normal aparılmasına şərait yaratmaq, onun məhkəmə qarşısına çıxarılmasını, həmçinin cəmiyyətin və zərərçəkmişin hüquqlarının qorunmasını təmin etməkdir:

“Bu, yalnız Azərbaycanda deyil, bir çox ölkələrin cinayət-prosessual qanunvericiliyində mövcuddur. Avropa ölkələrində də oxşar mexanizm var – təqsirləndirilən şəxs ölkədən qaçdıqda barəsində “in absentia detention order” çıxarılır və İnterpol xətti ilə axtarış elan olunur. Bu, cinayət təqibindən yayınmamaq üçün universal hüquqi mexanizm sayılır”.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
globalinfo.az

1Mənbələr