AZ

Üzeyir Hacıbəyliyə həsr edilmiş XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək

Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəyliyə həsr edilmiş XVII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

Bu barədə Demokrat.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Festival 18-28 sentyabr tarixlərində baş tutacaq.

Məlumata görə, festival çərçivəsində Bakı ilə yanaşı, Sumqayıt, Mingəçevir, Sabirabad, Şamaxı, Şəki, Biləsuvar, Füzuli, Şəmkir, Gəncə, Lənkəran, Xaçmaz, Göygöl, Ağcabədi və Qaxda tədbirlər keçiriləcək.

Festival çərçivəsində keçiriləcək tədbirlərdə Azərbaycan musiqiçilərindən başqa, Türkiyə, Fransa, Koreya, ABŞ və Almaniyadan olan sənətçilər də iştirak edəcəklər.


Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
19
demokrat.az

1Mənbələr