AZ

ABŞ-ı sarsıdan Kirk sui-qəsdində şok təfərrüat: Şübhəlinin son mesajları...

ABŞ-ı sarsıdan Çarli Kirk sui-qəsdi ilə bağlı yeni faktlar üzə çıxıb.

Publika.az xəbər verir ki, qətldə təqsirləndirilən 22 yaşlı Tayler Robinson həbs olunsa da, onun hücumu törətməsinin səbəbləri hələ də aydın deyil.

“New York Times” qəzetinin məlumatına görə, istintaqın gedişatını dəyişən hadisələrdən biri qətl günü Robinsonun “Discord” yazışmalarının ortaya çıxması olub.

FTB-nin yaydığı təhlükəsizlik kamerası görüntülərində Robinsona bənzəyən bir şəxsi görən dostu ona “Haradasan?” deyə yazıb. Robinson kəllə sümüyü emojisi ilə birlikdə "Əkizim başımı bəlaya soxmaq istəyir” cavabını verib.

Söhbət zamanı başqa bir şəxs "Tayler Çarlini öldürdü!!!!" yazıb. Digəri isə FTB-nin 100 min dollarlıq mükafatını almaq üçün Robinsonu şikayət etməyi təklif edib. Robinson cavabında "Komissiyamı almasam, bunu edə bilmərəm" yazıb.

Seçilən
0
publika.az

1Mənbələr