Aktrisa Başak Gümülcinelioğlu hazırda hamiləlik həyəcanı yaşayır. Doğuşa qədər günləri sayan məşhur körpə qabarını nümayiş etdirərək yeni fotosunu paylaşıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, "Yargı" serialı ilə şöhrət qazanan Başak Gümülcinelioğlu 2022-ci ildə aktyor Çağrı Çıtanakla ailə həyatı qurub.
Şəxsi həyatını ictimaiyyətdən uzaq yaşamağa üstünlük verən Gümülcinelioğlu 78-ci Kann Film Festivalında körpə gözlədiyi müjdəsini verib.
İlk dəfə ana olmağa hazırlaşan məşhur ad daha sonra oğlu olacağını açıqlayıb.
İndi oğluna qovuşmaq üçün gün sayan Başak Gümülcinelioğlundan yeni hamiləlik fotosu paylaşıb.
Qarnı burnunda güzgü qarşısında poza verən məşhur aktrisa hamiləliyinin 32-ci həftəsində olduğunu bildirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta