AZ

Tramp sentyabrın 19 da Si Cinpinlə danışacaq

Bizimyol saytına istinadən ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp cümə günü, sentyabrın 19-da Çin prezidenti Si Cinpinlə danışmağı planlaşdırdığını bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Tramp "Truth Social" sosial platformasında yazıb.

"ABŞ və Çin Xalq Respublikası arasında Avropada mühüm ticarət görüşü çox yaxşı keçdi! Tezliklə yekunlaşacaq. Ölkəmizdəki gənclərin həqiqətən xilas etmək istədikləri müəyyən bir şirkət haqqında da razılığa gəldik. Onlar çox xoşbəxt olacaqlar! Cümə günü Çin prezidenti Si Cinpinlə danışacağam. Münasibətlər çox güclü olaraq qalır", - deyə o qeyd edib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
bizimyol.info

1Mənbələr