Rusiyanın Çelyabinsk vilayətində ayı onlarla məzarı qazıb və insan qalıqlarını yeyib
Çelyabinsk vilayətində ayı qəbirləri qazıb, sonra isə qalıqları yeyib.
Qaziler.az bildirir ki, Rusiya regionunda baş verən hadisə ilə bağlı Mash Telegram kanalı məlumat yayıb.
Heyvan Zlatoustdakı Urenqinskoye qəbiristanlığında görünüb. Onlarla qəbir qazıb, insanların qalıqlarını yeyib.
Məlumdur ki, rayonun Ekologiya Nazirliyi ayını tutmaq üçün ricazə verib. Ovçular artıq heyvanı axtarmağa başlayıblar, lakin onların cəhdləri hələlik uğursuz olub. Heyvanın yerini müəyyən etmək mümkün deyil.
Bundan başqa, avqustun sonunda Xabarovsk vilayətinin Solneçnı kəndində daha bir ayı qəbirləri qazaraq ölənlərin qalıqlarını yeyib. Bundan sonra qəbiristanlıq sentyabrın 30-dək bağlanıb.
QAZİLER.AZ