Azərbaycan və NATO arasında tərəfdaşlığın gələcək inkişafı müzakirə olunub.
Axar.az xəbər verir ki, bu müzakirə İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson və Slovakiyanın Azərbaycandakı səfiri Elçin Qasımov Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşü çərçivəsində baş tutub.
İsveçin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, görüş zamanı regional məsələlərə də diqqət çəkilib:
“Bu faydalı müzakirəyə görə Azərbaycan Respublikası Prezidentinin köməkçisi cənab Hikmət Hacıyevə dərin təşəkkürümüzü bildiririk. 2025-2026-cı illər ərzində Slovakiya və İsveçin Bakıdakı səfirlikləri NATO-nun Azərbaycandakı Əlaqə Nöqtəsi Səfirlikləri rolunu yerinə yetirir”.