AZ

Reuters: “Qərb Rusiyaya milyardlarla dollar qazandırır”

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Avropa Staistika İdarəsinin (Eurostat) hesabatına istinad edən “Reuters” agentliyinin məlumatıan görə, ticarət məhdudiyyətlərinin tətbiqindən sonra Aİ-nin Rusiyaya ixracı 2022-ci ilin birinci rübündən 2025-ci ilin ikinci rübünə qədər 61%, Rusiyada idxal isə 89% azalıb. “Buna baxmayaraq, Avropa ölkələri Moskvadan neft, nikel, qaz, gübrə, dəmir və polad almağa davam edir. Bu dövr ərzində qarşılıqlı ticarətin ümumi həcmi 14,5 milyard avro civarında olub: idxal - 7 milyard, ixrac - 7,5 milyard təşkil edib ki, bu da ticarət balansının 0,5 milyard avro profisitini göstərir”, - hesabatda bildirilir. Rusiyadan ABŞ-yə də mal ixracı əhəmiyyətli dərəcədə azalıb. Bu göstərici 2021-ci ilin birinci yarısındakı 14,1 milyard dollardan 2025-ci ilin eyni dövründə 2,5 milyard dollara düşüb. Yanvarın 2022-ci ilin yanvarından bəri ABŞ Rusiyadan cəmi 24,5 milyard dollar dəyərində məhsul idxal edib. Rusiyanın Aİ-yə neft tədarükündəki payı 2021-ci ildəki 28,7%-dən 2025-ci ilin ikinci rübündə 2%-ə düşüb. Oxşar dinamikanı aylıq statistikada da görmək olar: 2021-ci ilin əvvəlindəki 29%-dən 2025-ci ilin ortalarına qədər 2%-ə qədər. Müvafiq dövrdə Rusiya qazının tədarükü isə 48%-dən 12%-ə düşüb. Bu fonda Norveçdən (10%) və Əlcəzairdən (2%) idxal artaraq Norveçi Avropanın ən böyük qaz təchizatçısına çevirib. Bununla belə, Rusiya “Türk axını” qaz kəməri ilə Bolqarıstan və Macarıstanın təchizatını davam etdirir. Lakin Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalı 22%-dən 14%-ə düşüb. ABŞ Avropa idxalının 54%-ni təmin edərək LNG tədarükündə liderliyi ələ alıb.

Reuters: “Rusiya barter sisteminə keçib”

Rusiyadan Aİ-yə polad və dəmir tədarükü, öz növbəsində, dörd il ərzində 18%-dən 6 faziə düşüb. Bütün bu reallıqlar fonunda Rusiya son dörd il ərzində öz payını 28%-dən 34%-ə çatdıraraq, Aİ ölkələrinə ən böyük gübrə tədarükçüsü olaraq qalır. May ayında Avropa Parlamenti Rusiya məhsullarına qadağanedici tariflərin tətbiqinə səs verib, lakin onlar mərhələli şəkildə tətbiq olunacaq. Buna görə də, həmin tədbirlərin bazar üçün nəticələrindən danışmaq hələ tezdir. Xatırladaq ki, bundan əvvəl “Reuters” agentliyi Qərb sanksiyalarından yan keçmək üçün Rusiyanın xarici ticarətdə getdikcə daha çox barter sistemindən istifadə etdiyini yazmışdı. ABŞ prezidenti Donald Tramp isə Moskvanı slüh danışıqlarına məcbur etmək üçün avropalı müttəfiqlərin özlərini Rusiya iqtisadiyyatına qarşı məhdudlaşdırıcı tədbirləri daha da sərtləşdirməyə çağırıb. Sahil İsgəndərov

AzVision.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
1
azvision.az

2Mənbələr