AZ

Süni intellekt: dost, yoxsa təhlükə? 525 ci kanal ın reportajı

ain.az, 525.az portalına istinadən məlumat verir.

Müasir dövrdə süni intellekt demək olar ki, hər kəsin köməkçisi və məsləhətçisinə çevrilib. Amma bu vəziyyət bir sual doğurur: süni intellekt insan beynini əvəz edə bilərmi?

Bəli, bu gün süni intellekt tibdə diaqnozların qoyulmasında, hüquqi sənədlərin təhlilində və maliyyə hesablamalarında insandan qat-qat sürətli işləyir. Bir həkimin günlərlə araşdırmalı olduğu nəticələri o, bir neçə saniyəyə müqayisə edə bilir.

Amma insan beynini sadəcə bir “hesablama maşını” ilə eyniləşdirmək düzgün deyil. Çünki biz təkcə məlumat emal etmirik, həm də hiss edirik, yaradırıq, xəyal qururuq.

İnsanı fərqləndirən başqa bir güc də sosial münasibətlərdir. Biz qarşımızdakının duyğularını bəzən sözlərdən yox, baxışlardan anlayırıq. Süni intellekt isə yalnız verilən məlumat əsasında nəticə çıxarır.

Buna baxmayaraq, insanlar bəzən süni intellektə həddindən artıq inanaraq həyatlarını dəyişdirəcək addımlar atırlar.

Bəs biz süni intellektə nə qədər güvənməliyik?

Mövzu ilə bağlı ətraflı məlumatı “525-ci kanal” təqdim edir. 

Nigar Abbasova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
525.az

1Mənbələr