ain.az, Oxu.az saytına istinadən bildirir.
Leysan səbəbindən Balakən rayonu ərazisindən keçən Katex, Balakən və Hunbul çaylarından qısamüddətli sel keçib.
Hunbul çayından keçən sel suları kəndin yuxarı hissəsində çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız hala salıb. Nəticədə avtomobillərin və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb.
Balakən Su Meliorasiya Sistemlerinin İstismarı İdarəsinin baş mühəndisi İlkin Aslanov bildirib ki, sözügədən ərazidə yerləşən körpü Hunbul çayının üzərində yerləşir:
"Tərəfimizdən əraziyə baxış keçirilib. İdarə tərəfindən mütəmadi olaraq körpüyə və ətrafdakı ərazilərə sel sularının zərər vurmaması üçün çayda məcra tənzimləmə və sahilbərkitmə işləri icra edilib. Lakin 13-14 sentyabr tarixlərində yağan güclü leysan nəticəsində çayda suyun səviyyəsi kəskin artıb. Vətəndaşların istifadə etdiyi alternativ yola sel sularının zərər vurmaması üçün idarə tərəfindən texnika cəlb edilərək müvafiq qabaqlayıcı tədbirlər görülüb. Çayda suyun səviyyəsi aşağı düşdükdən sonra çayın məcrasında sahilbərkitmə və məcra tənzimləmə işləri görüləcək".
Daha ətraflı Baku TV-nin süjetində:
Sel körpünü dağıtdı, əhali çarəsiz qaldı: "Uşaqları məktəbə necə göndərək?"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.