AZ

Trampdan faiz endirimi çağırışı

Trampdan faiz endirimi çağırışı

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ Mərkəzi Bankı (Fed) faiz dərəcələrini dərhal və gözləniləndən daha böyük miqdarda endirməlidir.

Tramp mövzu ilə bağlı paylaşımını ABŞ mərkəzli Truth Social sosial media platformasında yayımlayıb.

“Çox gec” adlandırdığı Fed-in sədri Cerome Povelə yönəltdiyi çağırışında Tramp “‘Çox gec’ indi faiz dərəcələrini endirməli və bunu ağlından keçirdiyindən də böyük ölçüdə etməlidir. Mənzil bazarı canlanacaq” deyib.

Qeyd edək ki, Fed-in iki gün davam edəcək və qərarların çərşənbə günü açıqlanacaq Federal Açıq Bazar Komitəsi (FOMC) toplantısı sabah başlayacaq.

Valyuta bazarlarında qiymətlənmələr çərşənbə günü siyasət faizinin 25 baza bəndi endiriləcəyini deməyə əsas verir. Hazırda Fed-in siyasət faizi 4,25–4,50 faiz aralığındadır.

Seçilən
18
afn.az

1Mənbələr