AZ

Əli Əsədov Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini ilə görüşüb

Bu gün Baş nazir Əli Əsədov Çin Xalq Respublikasının Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.

Bu barədə Ölkə.az-a Nazirlər Kabinetindən xəbər verilib.

Görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.

Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.

Prezident İlham Əliyevin avqustun sonu - sentyabrın əvvəlində Çin Xalq Respublikasına baş tutmuş işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.

Seçilən
12
29
olke.az

10Mənbələr