AZ

Əliməmməd Nuriyev: “107 il əvvəl Bakının azadlığı Azərbaycan dövlətçiliyinin simvolu oldu”

Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev 1918-ci ilin 15 sentyabrını Azərbaycan tarixinin ən böyük dönüş nöqtələrindən biri adlandırıb.

QHT.az xəbər verir ki, o, bildirib ki, Qafqaz İslam Ordusu və Azərbaycan korpusunun igid övladları Bakını erməni-bolşevik işğalından azad edərək xalqımıza paytaxtını qaytardılar:

“Bu, təkcə bir şəhərin azadlığı deyildi, dövlətçiliyimizin nəfəs alması, milli iradəmizin paytaxtda təcəssüm tapması idi. O gün şəhid olanların qanı bu torpaqlara Azərbaycan adlı dövlətin möhürünü vurdu. Bu gün biz müstəqil, güclü və qalib Azərbaycan kimi həmin qəhrəmanlıq səhifəsinin varislərik. Tarixi yaddaşımız bizə xatırladır ki, dövlətçiliyin əsası birlik, fədakarlıq və qardaşlıq üzərində qurulub. Ruhları şad olsun – 1918-də Bakını, 2020-də Qarabağı azad edən qəhrəmanların!”

 

Pərvanə Fərhadqızı

Seçilən
4
qht.az

1Mənbələr