AZ

Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığa dair müzakirə aparılıb

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Su Huinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə APA-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə spiker Sahibə Qafarova Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən danışıb.
Azərbaycan və Çin parlamentləri arasında əməkdaşlığın əhəmiyyətindən danışan spiker Sahibə Qafarova qeyd edib ki, Milli Məclis Çindən olan həmkarları ilə əməkdaşlığın daha da gücləndirilməsinə xüsusi önəm verir. Bu sahədə hər iki ölkənin parlamentində fəaliyyət göstərən qarşılıqlı əlaqələr üzrə işçi qrupları mühüm rol oynayır.
Su Hui Azərbaycana ilk dəfə səfər etdiyini bildirib və bu barədə təəssüratlarını bölüşüb. Qonaq ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin inkişafı, “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində birgə fəaliyyət, Çin iqtisadiyyatının inkişaf istiqamətləri və ikitərəfli münasibətlərin perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı qonaq Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin fəaliyyəti, strukturu, partiyaların təmsilçiliyi, Çinin siyasi sistemi barədə məlumat verib. O, Azərbaycanın “Vahid Çin” siyasətinə verdiyi dəstəyə görə təşəkkürünü ifadə edib, qarşılıqlı əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.
Görüşdə tərəfləri maralandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

Seçilən
0
17
apa.az

10Mənbələr