"Benfika" "Qarabağ"la matçda 3 xal qazanmağı hədəfləyir.
Axar.az xəbər verir ki, bunu Portuqaliyanın "Benfika" klubunun baş məşqçisi Brunu Laji mətbuat konfransında deyib.
Mütəxəssis "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turununun oyunundan əvvəl mətbuat konfransında fikirlərini bölüşüb:
"Hücumda çox yaxşıyıq. Avropanın ən güclü komandalarından biriyik. Ötənilki çıxışlarımızı təkrarlamağı planlaşdırırıq. 3 xal qazanmağı hədəfləyirik. Azarkeşlər maraqlı qarşılaşmaya şahidlik edəcəklər".
Qeyd edək ki, "Benfika" - "Qarabağ" oyunu sentyabrın 16-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.