AZ

Gəncədə avtobus maşınla toqquşdu - Sərnişinlər yaralandı

Gəncədə sərnişin avtobusu ilə minik avtomobili toqquşub, xəsarət alanlar var.

"Unikal"ın məlumatına görə, hadisə şəhər ərazisində baş verib. Belə ki hərəkətdə olan minik maşını ilə 20 saylı xətt üzrə işləyən sərnişin avtobusu toqquşub. Qəza zamanı sərnişin avtobusunda olan 2 nəfər sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 

Seçilən
9
unikal.az

1Mənbələr