Sentyabrın 15-də Baş naziri Əli Əsədov Çinin Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsi sədrinin müavini Su Hui ilə görüşüb.
KONKRET.az xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Sədri Si Cinpinin birgə səyləri nəticəsində iki ölkə arasında münasibətlərin dostluq, qarşılıqlı hörmət və strateji tərəfdaşlıq prinsipləri üzərində ardıcıl şəkildə inkişaf etdiyi vurğulanıb.
Cari ilin aprel ayında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması ilə Azərbaycan-Çin münasibətlərinin yeni mərhələyə qədəm qoyduğu bildirilib.
Prezident İlham Əliyevin avqustun sonu – sentyabrın əvvəlində Çinə baş tutmuş işgüzar səfərinin iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.
Görüşdə Azərbaycan-Çin münasibətlərinin qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə olunub.