AZ

Aİ-Hindistan razılaşması pozula bilər: Səbəb düyüdür

Avropa İttifaqı (Aİ) və Hindistan arasında azad ticarət sazişi Yeni Dehlinin öz düyülərini “basmati” kimi etiketləmək üçün müstəsna hüquqlar əldə etmək istəyi ilə pozula bilər. Bu isə Brüssel və İslamabad arasında gərginliyə səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.

Adı açıqlanmayan Avropa rəsmisinin sözlərinə görə, Dehli Aİ ilə danışıqlar zamanı yalnız Hindistan torpağında yetişdirilən düyü üçün "basmati" etiketinin eksklüziv istifadə edilməsində israr edib. Aİ öz növbəsində vaxtı uzadır, çünki belə bir hərəkət ittifaqla Pakistan arasındakı münasibətləri sabitləşdirəcək.

Qeyd olunur ki, Hindistan 2018-ci ildə Aİ bazarında "basmati" adının eksklüziv istifadəsi üçün müraciət edib. Pakistan da 2023-cü ildə analoji müraciət edib. Bildirilib ki, basmati düyü yalnız müəyyən ərazilərdə, o cümlədən İslamabadın nəzarətində olan 4 rayonda yetişdirilir. Aİ də belə bir ərizəni təsdiqləmək istəmir. Çünki bu, Pakistanın bu torpaqlar üzərində suverenliyinin tanınması demək olardı ki, bu da Hindistanla ziddiyyətləri daha da gücləndirə bilər. Hazırda Brüsseldə hər iki ölkənin müraciətinə paralel baxılır və Avropa Komissiyası sorğuların “həssas xarakterindən” məlumatlıdır.

Xatırladaq ki, Hindistan və Aİ bir neçə ildir ki, azad ticarət sazişi üzrə danışıqlar aparır. Onlar danışıqlara 2007-ci ildə başlayıblar, lakin əqli mülkiyyət hüquqları, İT şirkətlərində informasiya təhlükəsizliyi və bəzi malların, məsələn, avtomobillərin ümumi bazara çıxışı ilə bağlı fikir ayrılıqlarına görə 2013-cü ildə danışıqları dayandırıblar. Danışıqlar 2022-ci ildə bərpa olunub və ilin sonuna kimi sazişin bağlanacağı gözlənilir.

Seçilən
26
2
publika.az

3Mənbələr