AZ

Zərdabda idarəetmədən çıxan “Opel” dərəyə yuvarlandı VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Zərdab rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza sentybarın 13-də səhər saatlarında qeydə alınıb. Belə ki, hərəkətdə olan 90-MJ-782 dövlət nömrə nişanlı “Opel Astra” markalı avtomobil yoldan çıxaraq dərəyə düşüb. Şahidlərin iddiasına əsasən, qəzaya səbəb sürücünün anidən idarəetməni itirməsi olub. Hadisə zamanı avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Qeyd edək ki, qəzalı maşın qaldırıcı kran vasitəsilə ərazidən kənarlaşdırılıb. 

Faktla bağlı araşdırma davam edir.

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
28
avtosfer.az

1Mənbələr