AZ

“Explore Azerbaijan with IDEA” layihəsinə START

Yazını böyüt
Yazını kiçilt

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Explore Azerbaijan with IDEA” layihəsi fəaliyyətə başlayıb.

İctimai Birlikdən hafta.az-a verilən məlumata görə, layihənin əsas məqsədi Azərbaycanın canlı aləminin təkrarolunmaz gözəlliklərini yerli və beynəlxalq auditoriyaya tanıtmaq, eyni zamanda, ölkəmizin təbiətinin özünəməxsus zənginliyini əks etdirən multimedia bazasını yaratmaqdan ibarətdir. Sosial media istifadəçiləri fotovideoqraf Saleh Baxşiyevin peşəkar obyektivi ilə Azərbaycanın flora və faunasının incəliklərini kəşf edərək ölkəmizin füsunkar təbiətinə daha yaxın ola biləcəklər.

“Explore Azerbaijan with IDEA” təkcə maarifləndirici layihə deyil, eyni zamanda, təbiətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün bir çağırışdır.

Layihənin rəsmi sosial media səhifələrini aşağıdakı linklər vasitəsilə davamlı izləmək olar:

YouTube: https://www.youtube.com/@exploreAzerbaijanwithIDEA 

Instagram: https://www.instagram.com/explore.aze 

Facebook: https://www.facebook.com/explore.aze 

Seçilən
10
23
hafta.az

10Mənbələr