“Liverpul”un ulduzu Məhəmməd Salah İngiltərə Premyer Liqasının tarixində daha bir böyük nailiyyətə imza atıb.
Fanat.Az xəbər verir ki, misirli hücumçu əfsanəvi Endi Koulu geridə qoyaraq turnirin ən çox qol vuran 4-cü futbolçusu olub.
Hazırda siyahı belədir:
Alan Şirer – 260 qol
Hari Keyn – 213 qol
Ueyn Runi – 208 qol
Məhəmməd Salah – 188 qol
Salahın aktivinə hələ uzun müddət yeni qollar əlavə edəcəyi gözlənilir və futbolçu artıq ilk “3-lüy"ə düşmək yolunda irəliləyir.
Kamil Xudiyev