AZ

“Mən sağ və salamatam”

style='margin-bottom:10px;'>

“Barselona” və Fransa millisinin sabiq müdafiəçisi Erik Abidal onun barəsində yayılan uydurma ölüm xəbərlərinə münasibət bildirib.

QOL.az xarivi KİV-lərə istinadən xəbər verir ki, sosial şəbəkələrdə 45 yaşlı fransızın ikinci qaraciyər transplantasiyasından sonra komplikasiyalar səbəbindən vəfat etdiyi barədə məlumat yayılıb.

Abidal öz sosial media hesabında yazıb: “Bəzi söz-söhbətlər heç vaxt olmamalıdır. Mən buradayam, ailəmlə birlikdəyəm və hər şey qaydasındadır. Ən önəmlisi hörmətdir. Mən sağ və salamatam. Dəstəyiniz üçün təşəkkür edirəm. Gəlin, həqiqətən vacib olan şeylərə diqqət edək».

Abidal 2014-cü ildə futbolçu karyerasını başa vurub. O, “Monako”, “Lille”, “Lion”, “Barselona” və “Olimpiakos” klublarında çıxış edib. 2018–2020-ci illərdə isə keçmiş müdafiəçi “Barselona”nın idman direktoru vəzifəsini icra edib.

Seçilən
9
1
teleqraf.com

2Mənbələr