Məşhur amerikalı aşpaz bir gündə üç bankı qarət edib.
İnterpress.az xəbər verir ki, Kaliforniyanın tanınmış aşpazlarından biri, vaxtilə San-Fransiskodakı məşhur “Rose Pistola” restoranında işləyən Valentino Luçin maddi problemlər səbəbindən bir gündə üç bankı qarət edib.
O, bank əməkdaşlarından pul tələbini kağız üzərində yazılmış qeydlərlə çatdırıb.
Bu, Luçinin ilk cinayəti deyil. 2018-ci ildə o, Orinda şəhərindəki Citibank filialını pnevmatik silahla hədələyərək 18 min dollar qarət etmişdi.
Prokurorluq yeni hadisə ilə bağlı bir neçə epizod üzrə ittiham hazırlayır.
Qarətlər zamanı əldə edilən məbləğ hələ açıqlanmayıb.
Valentino Luçin hazırda istintaq təcridxanasındadır.
Xuraman Etibarlı
İnterpress.az