ain.az, Lent az portalına istinadən məlumat verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində orta məktəbdə işləyən keçmiş arvadını öldürmək istəyəni Əfqan Atakişiyevin məhkəməsi keçirilib.
Lent.az xəbər verir ki, prosesdə ifadə verən şahid bildirib ki, orta məktəbin qarşısından keçərkən naməlum şəxsin qadına kəsici alətlə zərbələr vurduğunu görüb və qaçıb, müdaxilə edərək, onu qadından kənara çəkib. Yaralanan qadın qaçaraq, məktəbin həyətinə girib və digər şəxslər ona yardım etməyə çalışıb. Sonradan ad, soyadı ona məlum olan Əfqan Atakişiyev onu buraxmasını və qadının yaşamağa haqqı olmadığını deyib. Onun əlindən rezak kimi aləti götürərək, kənara atıb. Təxminən 20 dəqiqədən sonra polis əməkdaşları və Təcili Tibbi Yardım işçiləri gəliblər.
Əfqan Atakişiyevi və onu 30-cu polis şöbəsinə aparıblar. Orada ona məlum olub ki, Atakişieyevin vurduğu qadın, onun keçmiş arvadıdır. Şahid əlavə edib ki, əgər kəsici alət iti olsaydı, zərərçəkən bu gün məhkəmə zalında oturmazdı.Məhkəmədə ifadə verən Əfqan Atakişiyev bildirib ki, arvadını öldürəcəyi ilə bağlı hər hansı missiyanın yarımçıq qalmasını söyləməyib. Bəlkə də həmin vaxt sərxoş vəziyyətdə olub. Digər xanım şahid bildirib ki, məktəbdə texniki işçi vəzifəsində işləyib. Zərərçəkmiş Gülsəadət Həmidova xadimə işləyib.
Hadisə günü bir şagirdin anası qaça-qaça gəlib «bir kişi işçinizin boyununu kəsib» deyib. Çölə çıxanda, Gülsədətin yaralı halda qapıdan məktəbin həyətinə keçdiyini görüb. Ona tibbi yardım etməyə çalışıblar. Huşu özündə olsada, heç nə danışmayıb. Əfqan Atakişiyev qışqırırdı ki, ona kömək etməyin, onun yaşamağa haqqı yoxdur. Yoldan keçən tanımadığım şəxs onu tutub, saxlamışdı. Atakişiyev məktəbin həyətinə daxil olmayıb.Məhkəmə prosesi davam edir.Qeyd edək ki, bu il fevralın 10-da Hövsan qəsəbəsində, 270№i orta məktəbin qarşısında Əfqan Atakişiyev keçmiş arvadı Gülsəadət Həmidovanın boyun nahiyyəsinə kəsici alətlə zərbələr endirib. Xəstəxanaya çatdırılan qadının həyatını həkimlər xilas ediblər. Əfqan Atakişiyev 30-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun barəsində Suraxanı rayon prokurorluğunda cinayət işi başlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.