AZ

Türkiyə S 400 ləri Moskvaya qaytaracaqmı? (ŞƏRH)

Qaynarinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Türkiyə S-400-ləri Rusiyaya geri qaytarmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiyanın Türkiyəyə verdiyi S-400-ləri geri istəməsilə bağlı məlumatı şərh edərkən deyib. 

"Adətən, satılan hərbi sursatın, texnikanın nasazlığı, daha təkmil hala gətirilməməsi səbəbindən onlar geri istənilir. Rusiya isə məhz silah çatışmamazlığı səbəbindən S-400-ləri geri istəyir. Yəni bu silahlara Moskvanın özünün ciddi ehtiyacı var", deyə ekspert bildirib. 

O, düşünür ki, Türkiyə məsələdə prinsipial mövqe tutaraq, S-400-ləri geri qaytarmayacaq: 

"Türkiyə Rusiyaya qarşı hər hansı bir hərbi əməliyyat keçirmir. Ankananın Moskvaya qarşı ərazi, siyasi, iqtisadi iddiası yoxdur. Türkiyə yalnız Ukrayna müharibəsinin tənzimlənməsində bu və ya digər dərəcədə Rusiyaya yaxın ölkə kimi vasitəçilik missiyasını yerinə yetirir".

Ekspert qeyd edir ki, mövcud vəziyyətdə Türkiyə S-400-ləri Rusiyaya qaytarsa, bu ABŞ-ın ürəyində olmayacaq:

"Çünki ABŞ Kiyevlə Moskva arasında müharibəyə son qoyulmasında baş aktor kimi çıxış edir. Bu məsələdə Amerikanın yürütdüyü siyasətə mane olan hər hansı bir hərəkət təbii ki, onun Ankara ilə münasibətlərində çatlar əmələ gətirə bilər. Yəni bu məsələ artıq Rusiya ilə Türkiyə arasında həll olunacaq məsələ deyil. Ona görə Ankara həmin silahların geri qaytarılmasından bu və ya digər konkret arqumentlərlə yayınacaq".

Qeyd edək ki, Türkiyənin "Nəfəs" nəşri mənbələrə istinadən Moskvanın öz anbarlarında çatışmazlığı əsas gətirməklə əvvəllər Türkiyəyə verilən S-400 zenit-raket komplekslərini geri almağı təklif etdiyini bildirib. Onların fikrincə, Rusiya Ukraynaya qarşı müharibə zamanı bütün mövcud hava hücumundan müdafiə sistemlərindən istifadə edib və buna görə də S-400 almaqda maraqlı olan digər ölkələrə hazır sistemlər təklif edə bilməz. 

Onu da bildirək ki, 2019-cu ildə alınan S-400-ləri Türkiyə NATO standartlarına cavab vermədiyi üçün praktiki olaraq istifadə etmir. Bundan əlavə, Ankara Polad Günbəz layihəsi çərçivəsində öz hava hücumundan müdafiə sistemlərini fəal şəkildə inkişaf etdirir. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
qaynarinfo.az

1Mənbələr