AZ

"Qarabağ"ın çempion olacağına şübhəm yoxdu" - Azər Bağırov

Öz aramızdı, Misli premyer-liqasında yeni mövsüm çox maraqlı başlayıb. "Qarabağ" üç matdan ikisində xal itiribsə, "Sabah" və "Neftçi" hələ gözləntiləri qarşılamır. Əvəzində "Zirə", "Araz-Naxçıvan" və "Turan Tovuz"un hegemonluğuna şahidlik edirik. Habelə "Kəpəz"in tənəzzülü davam edir, "Karvan-Yevlax" və "İmişli" azarkeşlərini sevindirməkdədi. "Qəbələ" və "Şamaxı"nın çıxışını da qənaətbəxş saymaq olar.

Bəs, hadisələrin axarı "Qarabağ"ın ənənə halını almış çempion statusunu itirməsiylə nəticələnə bilərmi?

Bu sualı təcrübəli mütəxəssis Azər Bağırova ünvanladıq. Onun "Football-plus.az"a dedikləri:
“Dediyiniz kimi, çempionatda çox maraqlı mənzərə yaranıb. Bu gün ən acınacaqlı durum "Sabah" və "Neftçi" ilə bağlıdı. Bu komandalar heç cür gözləntiləri qarşılaya bilmir. Bu səbəbdən "Araz-Naxçıvan", "Turan Tovuz" və "Zirə" ilk "üçlük"də qərarlaşıb. "Sumqayıt"ın durumu da ürəkaçandı. Belədə "Qarabağ"ın asanlıqla çempion olacağını deyə bilmərik. Sadəcə, mövsümün əvvəlidi və indiki matçlar Çempionlar Liqasının oyunlarıyla üst-üstə düşür. Qarşıdakı turlarda "Qarabağ" elə start götürəcək ki... İlk 4-5 tur ərzində belə halların yaşanması mümkündü. Ötən mövsüm də belə hadisələr yaşanmışdı. Ağdam təmsilçisi itirdiyi xalları qaytaracaq. Onsuz da komandaların çoxunda sabitlik yoxdu. Bu da göstərir ki, onların əksəri növbəti turlarda axsayacaq. "Qarabağ" sıçrayış edəcəyi təqdirdə önə çıxa biləcək. Bu komandanın çempion olacağına şübhəm yoxdu".

KƏNAN BAHADIR
Seçilən
36
1
football-plus.az

2Mənbələr