AZ

Deputat qadının xüsusi ittiham qaydasında cəzalanmasını istəyir

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Naxçıvan Ali Məclisinin deputatı vətəndaşın xüsusi ittiham qaydasında cəzalanmasını istəyir.

"Report"un Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əli Abbasov rayon sakini Simuzər Yusifovanın onun haqqında böhtan atdığı iddia edərək Şərur rayon Məhkəməsinə müraciət edib.

Deputat Simuzər Yusifovanın Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə cəzalanmasını tələb edib.

Bu gün Şərur rayon Məhkəməsində Əli Abbasovun xüsusi ittiham qaydasında şikayəti icraata götürülüb.

Məhkəmənin baxış iclası sentyabrın 22-ə təyin edilib.

Qeyd edək ki, məhkəmədə depuatat ittihamçı, S. Yusifova isə cavabdeh kimi təmsil olunacaq. Deputatın iddiası təmin edilərsə, qadın 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
63
6
azpolitika.info

7Mənbələr