AZ

"Təmayüllü sinif"dolayı yolla " repetitor " demək deyilmi?

AYDIN  QULİYEV

Cənab Eşqi Bağırovun " təmayüllü siniflər"islahatına ölkənin həqiqi təhsil dahilərinin münasibətini bilmək istəyirəm, bu islahatlar mənə çox mübahisəli və ziyanlı görünür...

Ölkənin tanınmış təhsil ekspertləri və ömrünü təhsilə vermiş müəllimlərin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun " təmayüllü siniflər" islahatına niyə susduqlarını, buna əlavə izahlar istəmədiklərini, müzakirə etmədiklərini qəbul etmək mümkün deyil.Necə yəni " 14 məktəbdə təmayüllü siniflər təşkil olunub, şagirdlər kənar müəllimlərin yanına getmədən məktəbdə öz müəllimlərindən əlavə dərs alacaq və beləliklə ,ali təhsil müəssisələrinə hazırlığın yüksək səviyyəsi təmin olunacaq"?! "Təmayüllü sinif" elə dolayı yolla " repetitor " demək deyilmi? Bu siniflərin maliyyə təminatı hansı mənbədən olacaq?!Ali təhsil pilləsi üçün şagirdlərin yüksək səviyyəsini elə adi siniflərdə, dövlətin rəsmi tədris proqramı əsasında aparılan təhsilin əsasında vermək olmazmı?Cənab Eşqi Bağırovun bu islahatı dövlətin rəsmi təhsil sustemini əslində inkar etmək deyilmi?

Mən bu ciddi və strateji məsələyə millət vəkillərinin, tanınmış elm adamlarının, rektorların, təhsil metodikası üzrə tanınmış alimlərin rəyini görmək istəyirəm.

Məni və hamını inandırmalarını istəyirəm ki, bu yeni üsul cəmiyyətimizə və dövlətimizə lazımı nəticəni verəcək, növbəti ziyanlı təhsil eksperimentinə çevrilməyəcək...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr