Xalq artisti Hacı Murad Yengizarovun nəşi sabah ölkəmizə gətirilir.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Sənətkarın cənazəsini gətirən təyyarə saat 10:40-da Bakı şəhərinə eniş edəcək.
Xalq artisti ilə vida mərasimi Təzəpir Məscidində keçiriləcək. Daha sonra görkəmli sənətkarın nəşi II Fəxri Xiyabanda torpağa tapşırılacaq.