AZ

Nazirlik rəsmiləri Bilik Günü tədbirlərində » AzadMedia.az


Sentyabrın 15-də ölkənin bütün ümumtəhsil məktəblərində yeni tədris ilinin başlanması münasibətilə tədbirlər keçirilib.

Tədbirlərdə elm və təhsil nazirinin müavinləri Firudin Qurbanov, İdris İsayev, Həsən Həsənli və Kənan Kərimzadə, nazirliyin Aparat rəhbəri Mətin Kərimli, Aparat rəhbərinin müavinləri Fərzəli Qədirov və Elvin Rüstəmov, nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov, Uşaq və gənclərin inkişafı şöbəsinin müdiri Elnur Əliyev, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdir müavini Nəriman Qəhrəmanlı, həmçinin rayon icra hakimiyyəti başçıları və nümayəndələri, ictimaiyyət təmsilçiləri, müəllim, şagird və valideynlər iştirak ediblər.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Çıxış edən qonaqlar yeni dərs ilində qarşıya qoyulan hədəflərdən, təhsildə aparılan islahatlardan və keyfiyyətin yüksəldilməsi istiqamətində görülən tədbirlərdən danışıblar. Onlar həmçinin şagirdləri biliklərə maraqla yanaşmağa, müəllimləri isə gələcək nəsillərin formalaşdırılmasında məsuliyyət və fədakarlıqla çalışmağa səsləyiblər.

Qeyd edək ki, 2025–2026-cı tədris ilində respublika üzrə 1,6 milyon şagird təhsil alacaq.
Seçilən
9
6
azadmedia.az

7Mənbələr