Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) və Birləşmiş Ərəb Əmirliklərinin “SS Creative Solutions FZE” şirkəti arasında “IBC 2025” beynəlxalq sərgi-konfransı çərçivəsində yeni əməkdaşlıq müqaviləsi imzalanıb.
Bu barədə Azərkosmos-dan bildirilib.
Müqaviləyə əsasən, Pakistan ərazisində televiziya yayımı layihəsinin həyata keçirilməsi nəzərdə tutulur. Layihə çərçivəsində video yayımı (video distribution) xidmətləri Azərkosmosun peyk resursları vasitəsilə təmin olunacaq.
"Cebheinfo.az"