Alimlər suyun protonlar vasitəsilə müsbət yük daşıdığını iki əsrdən çoxdur bilirdilər. Lakin indiyə qədər bunu heç vaxt canlı olaraq görə bilməmişdilər.
HİT.az xəbər verir ki. Yale Universitetinin tədqiqatçıları 11 sentyabrda dərc olunan bir məqalədə, bir protonun sudakı səyahətini izləmək, ölçmək və effektiv şəkildə "görmək" üsulunu işləyib hazırladıqlarını bildiriblər. Qrup təcrübə üçün, fərqli elementləri kütlələrinə görə ayıra bilən 9 metr uzunluğunda bir kütlə spektrometri istifadə edib. Cihaz protonların yüklü su molekulundan nə qədər sürətlə keçdiyini ölçməyə imkan verib.
Burada əsas məqam odur ki, protonlar son dərəcə kiçikdir və kvant mexaniki xassələr göstərirlər, bu da onları izləməyi çox çətinləşdirir. Buna görə də alimlər bu günə qədər protonların su içərisində hərəkət etdiyini sübut edəcək bir müşahidə edə bilməmişdilər. Lakin yeni təcrübə bu problemi həll edib.
Qrup protonları iş üzrə müşahidə etmək üçün iki fərqli nöqtədən əlavə bir proton ala bilən orqanik bir molekul olan 4-aminobenzoik turşusu istifadə edib. Mətbuat açıqlamasına görə, iki nöqtənin udduqları işığın rənginə görə fərqləndirilə biləcəyi aydın olub.
Təcrübə üçün qrup, 4-aminobenzoik turşusu molekullarını altı su molekuluna birləşdirib. Qrup daha sonra bu qurğuda protonların bir birləşmə nöqtəsindən digərinə ancaq bir su molekulu vasitəsilə gedə bildiyini kəşf edib.
Bu məlumat hələlik real həyatda bizim üçün praktiki məna daşımır. Lakin alimlər bu yeni məlumatlar işığında, kimya sahəsində yeni kəşflər edə bilərlər.
Bu kəşf proton köçürülməsi adlanan fundamental kimyəvi prosesi daha yaxşı başa düşməyə kömək edə bilər. Proton köçürülməsi sinir siqnalarının ötürülməsində, enerji istehsalında və hətta DNT-dəki genetik məlumatın ötürülməsində mühüm rol oynayır. Bu tədqiqat dərmanların inkişafı, materialşünaslıq və hətta yeni texnologiyalar kimi sahələr üçün əhəmiyyətli ola bilər.
Samir