AZ

“Neftçi”nin stadionunda maraqlı olaylar - VİDEO+FOTOLAR

Premyer Liqanın 4-cü turunun prinsipial qarşılaşmalarından biri “Palms Sports Arena”da keçirilib.

Mövsümün startından bu yana qələbə üzünə həsrət qalan “Neftçi” doğma meydanda “Sabah”ı qəbul edib - 0:0.

Payız havası şəraitində baş tutan matça azarkeş marağı böyük olmayıb.

Arenada ən yaxşı halda 500-600 tərəfdar saymaq mümkün idi. Protokolda bu rəqəm iki dəfə artıq göstərilsə də.

Buna baxmayaraq, “Forza Neftçi”nin üzvləri stadionda varlığını göstərib.

Sayları görməyə alışdığımız qədər çox olmasa da, şərqilər səsləndirir, rəqibə atmacalarla diqqət çəkiblər.

“Sabah”ın fanatları isə gözləmə mövqeyini seçib.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
5
sportinfo.az

1Mənbələr