AZ

Qəzzaya 37-ci humanitar yardım karvanı yola salındı

BAKI, TurkicWorld, Nailə Babazadə

İsrail, Qəzzaya humanitar yardımın çatdırılması məqsədilə Kərəm Əbu Salim sərhəd-keçid məntəqəsini yenidən açıb.

TurkicWorld xəbər verir ki, yardımlar Misir tərəfdən Rəfah keçid məntəqəsi vasitəsilə gətirilərək, İsrailin nəzarətində olan Kərəm Əbu Salimdən daxil edilir. Bu proses ABŞ-ın vasitəçiliyi ilə Misir və İsrail arasında əldə olunmuş yeni razılaşmaya əsasən həyata keçirilir.

Razılaşmaya görə, yardım karvanları əvvəlcə Misir tərəfdən Rəfah məntəqəsinə, oradan isə İsrailin Kərəm Əbu Salim keçid məntəqəsinə yönləndirilir. Burada İsrail rəsmiləri tərəfindən ciddi yoxlamadan keçirilən yardım yük maşınları daha sonra Qəzzaya – Zikim və Kərəm Əbu Salim keçid məntəqələri vasitəsilə buraxılır.

Lakin müşahidəçilərin məlumatına görə, hər bir yük maşınının bir neçə saatlıq yoxlanması nəticəsində yardımların yalnız yarısı Qəzzaya daxil ola bilib.

Son məlumatlara əsasən, 50 yük maşını Qəzzaya daxil olub. Daha 180 yük maşınının – ərzaq, tibbi ləvazimat, humanitar yardım və çadırlarla dolu vasitələrin – gün ərzində 37-ci yardım karvanı çərçivəsində bölgəyə göndərilməsi planlaşdırılır.

Seçilən
15
turkic.world

1Mənbələr