AZ

“Derbidə sarı vərəqəsiz oyun olmaz!”

Dünən keçirilən “Mançester Siti” – “Mançester Yunayted” derbisində hakim oyunda heç bir futbolçuya sarı vərəqə göstərməyib.

Fanat.Az xəbər verir ki, bu isə “qırmızı şeytanlar”ın sabiq kapitanı Roy Kinin narazılığına səbəb olub.

Roy Kin açıqlamasında bunları deyib:

"Heç kim sarı vərəqə görmədi. Bu Mançester derbisidir, yağış yağır, fiziki müdaxilələr üçün hər şey hazır idi. Özümü təkrar etməkdən yoruldum. Belə gərgin oyundan sonra futbolçuların ən azı bir həftə yataqdan çıxa bilməməsi lazım idi. Amma bir sarı vərəqə belə olmadı. Kimsə rəqibə sərt "girməlidir". Futbol fiziki oyundur.”

Kamil Xudiyev

Seçilən
16
1
fanat.az

2Mənbələr