AZ

Dino Ndlovu: “Qarabağ”da hər zaman xarakter var”

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Qarabağ”ın sabiq forvardı Dino Ndlovu Apasport.az saytına açıqlama verib.

O, Ağdam klubunun Çempionlar Liqasının I mərhələsində “Benfika”ya qarşı keçirəcəyi görüş haqda fikirlərini bölüşüb:

“Qarabağ”ın Çempionlar Liqasında layiqli mübarizə aparacağından əminəm. Bu klubda hər zaman xarakter var və bu ruhla da oynayırlar. Doğrudur, “Benfika” güclü komandadır. Onlara qarşı oynamaq çətin ola bilər. Lakin “Qarabağ”ın o döyüşkən ruhu ilə ilk dəqiqədən son saniyəyə qədər mübarizə aparacağından əminəm. Çox istəyərdim ki, ilk turdaca “Qarabağ” uğurlu nəticə qazansın. Belə də ola bilər, futboldur da. “Qarabağ”ın hər zaman çox yaxşı sistemi var. Ümidvaram ki, sabah Portuqaliyada “Qarabağ” sona qədər oynayacaq və istədiyi xalı qazanacaq”.

AFFA nümayəndəsi “Bavariya” - “Çelsi” matçında

Yığmamız Avropa çempionatında 3-cü yeri tutub

“Benfika” - “Qarabağ” matçında söz sahibi o olacaq

“Beşiktaş”dan əzmkar qələbə

İtaliyada türklərin gecəsi - 7 qollu derbi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
apasport.az

2Mənbələr