AZ

Amorim “Qarabağ”ın rəqibinə baş məşqçi təyin edilə bilər

Azxeber.com saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim barədə yeni iddia gündəmə gəlib.

AZXEBER.COM "Daily Mail”ə istinadən xəbər verir ki, Portuqaliya nəhəngi "Benfika”nın prezidentliyinə əsas namizəd Joao Noronya Lopes gələn ay keçiriləcək seçkidə qalib gələrsə, Amorimi yenidən Lissabona gətirməyi planlaşdırır.

Lopes bazar günü Mançester derbisini "Etihad” stadionunda izləyib. O, həmin vaxt Amorimin yaxın dostu və sabiq komanda yoldaşı Nuno Qomeş, həmçinin klubun baş direktoru Pedro Ferreyra ilə birgə görüntülənib.

Nuno Qomeş də Portuqaliya mediasına açıqlamasında Amorimin bir gün mütləq "Benfika”nın baş məşqçisi olacağını bildirib.

Qeyd edək ki, "qırmızılar”da hazırda Brunu Laji çalışır. Onun müqaviləsi mövsümün sonunda başa çatacaq. Bununla yanaşı, "Mançester Yunayted” rəhbərliyi klubun son 33 ilin ən zəif startına baxmayaraq Amorimi dəstəklədiklərini açıqlayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
azxeber.com

1Mənbələr