ABŞ administrasiyası Çinin Rusiya neftini almasına görə Çin məhsullarına əlavə gömrük rüsumları tətbiq etməyi planlaşdırmır.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent “Reuters” və “Bloomberg” agentliklərinə müsahibəsində deyib. O qeyd edib ki, bu addım yalnız Avropadakı müttəfiqlər oxşar qərar qəbul edəcəyi təqdirdə atıla bilər.
“Biz gözləyirik ki, indi avropalılar öz öhdəliklərini yerinə yetirsinlər və biz Avropasız hərəkət etməyəcəyik”, – deyə Bessent ABŞ-ın Çinə qarşı rüsum tətbiq edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.