AZ

İlkin Fikrətoğlu: “Onunla müqavilə imzalayıb, bu millini başqa yerliyə tapşırmaqolar”

“Ayxan Abbasov əksər jurnalistlərin, azarkeşlərin illərdir davam edən “milli komandaya hələlik milli məşqçi lazımdır” fkrinə təsdiq möhürünü vurdu”.

Bu fikirlər “Sportinfo TV”nin redaktoru İlkin Fikrətoğluna məxsusdur.

Tanınmış telejurnalist DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Ukrayna matçının nəticəsinə (1:1) reaksiya verib.

”Dünya çempionatı-2026-nın seçmə mərhələsində ilk xalı qazandıq. AFFA rəhbərliyi dərindən nəfəs alıb, bu 1 xalda əməyi olan futbolçuları 10-20 min manatarası mükafatlandırdı.

Yəqin bu nəticədən sonra AFFA-nın rəhbərliyi Fernandu Santuşu komandaya gətirməklə necə böyük səhvə yol verdiyini anlayar.

Ayxan Abbasov ikiqat qalib oldu. Köməkçiləri ilə birgə Bolqarıstanla oyuna hazırladığı U-21 komandası da 1:1 edərək, qrupda ilk xalını qazandı.

Bəs bundan sonra nə olacaq? Real danışaq, oktyabrda Fransa və Ukrayna ilə səfər matçlarında baş məşqçinin kimliyindən asılı olmayaraq, komandamızın xal qazanmaq şansı yoxdur.

İstədiyimiz yanız həmin görüşlərdə Ukrayna ilə Bakıdakıoyunda olduğu kimi mübarizə görməkdir. Bu seçmə mərhələdə növbəti sevincli günümüz yalnız İslandiya ilə Bakıdakı oyun ola bilər.

Ona görə də AFFA rəhbəriyi bu dəfə baş məşqçi təyinatında cari tsikli yox, qarşıdakı UEFA Millətlər Liqasını və AVRO-2028-in seçmə mərhələsini nəzərə almalıdır.

Ayxan Abbasovla müqavilə imzalayıb, U-21 millisini başqa yerli məşqçiyə tapşırmaq da olar. Bu illər ərzində xariciləri bəslədiz, ortada nəticə olmadı.

Barı, səhvlərinizdən nəticə çıxarıb, bundan sonra öz məşqçilərmizə güvənin.

Ayxan Abbasov dayanmadan 90 dəqiqə texniki zonada sanki oyunçularıyla bərabər oynadı. Santuş, De Byazi, Yurcevic və ya Berti Foqtsda bu dərəcədə istəyi, entuziazmı görən olmuşdu?”.

Seçilən
10
sportinfo.az

1Mənbələr