AZ

Cəlilabadda yerləşən tarixi abidələrə məlumat lövhələri vurulub

ain.az bildirir, Xalqcebhesi portalına istinadən.

Cəlilabad rayonu ərazisində yerləşən tarixi abidələrə məlumat lövhələri vurulub.

"Report"un Muğan bürosunun məlumatına görə, bu işlər Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılıb.

Belə ki, məlumat lövhələri 1890-ci ilə aid Su kəməri, orta əsrlərə aid Nadirtəpə yaşayış yeri, 19-cu əsrə aid Məscid, eneolit dövrünə aid Xudutəpə yaşayış yeri tarixi abidələrinə vurulub.

Qeyd edək ki, bu tarixi abidələrdən üçü ölkə əhəmiyyətli, biri isə yerli əhəmiyyətlidir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
icma.az

1Mənbələr