AZ

Ərdoğan və Şaraa İsrailə qarşı: Dohada nələr baş verir? VİDEO

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada Suriya rəhbəri Əhməd əl-Şaraa ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, daha öncə Türkiyə, İran və İraq liderlərinin ərəb və müsəlman liderlərinin fövqəladə sammitində iştirak edəcəyi xəbəri yayılıb.

Nəticədə İsrailin Qətərin paytaxtı Dohaya hücumunu pisləyən qətnamənin qəbul ediləcəyi gözlənilir. Ölkələr həmçinin sənədə İsrailin Qəzza zolağında hərəkətlərinə son qoyulması, Yaxın Şərqdə sülh və sabitliyin təmin edilməsi çağırışını daxil etmək niyyətindədir.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Dohaya bir sıra zərbələr endirib. İsrail əməliyyatı “Atəş zirvəsi” adlandırıb. Sentyabrın 11-də Qətər ərəb və islam ölkələrinin fövqəladə toplantısını çağırıb.

pic.twitter.com/Cmc5hsbDZ7

— Newsfeed (@Newsfeed883920) September 15, 2025

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
globalinfo.az

1Mənbələr