AZ

Azad edilmiş torpaqların bərpası istiqamətində qətiyyətli addımlar atılır – Deputat

Bakı. Trend:

Azərbaycanın azad olunmuş torpaqlarında bərpa və quruculuqprosesi intensiv şəkildə davam edir. Bu ərazilərdə genişmiqyaslıinfrastruktur layihələri həyata keçirilir, yeni avtomobil yolları,körpülər, tunellər inşa olunur, kənd və şəhərlərin bərpası sürətləaparılır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Afət Həsənova bildirib.

Deputatın sözlərinə görə, indiyədək dünyanın heç bir ölkəsiyalnız öz gücünə bu cür genişmiqyaslı yenidənqurma və bərpa işlərihəyata keçirməyib.

O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəqazanan Azərbaycan sonrakı dövrdə də yeni bir tarixyazmaqdadır.

“2020-ci ildə əldə edilən Zəfər nəticəsində ölkəmiz uzun illərişğal altında saxlanılan torpaqlarını azad etdi. Qarabağ və ŞərqiZəngəzurun azad olunması ilə Azərbaycan qarşısında tamamilə yeni vəstrateji mərhələ açıldı. Bu mərhələdə əsas məqsəd azad edilmişərazilərə həyatın qaytarılması, müasir infrastrukturun qurulması vəməcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətlə qayıdışının təminedilməsi idi. Bu istiqamətdə Prezident İlham Əliyevin sərəncamı ilə“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə BöyükQayıdışa dair I Dövlət Proqramı” təsdiq edildi və dərhalgenişmiqyaslı işlərə start verildi”.

Deputat əlavə edib ki, 2020-ci ildən bəri, 2025-ci il də daxilolmaqla, dövlət büdcəsindən bərpa və quruculuq işlərinə ümumilikdə22 milyard manata yaxın vəsait ayrılıb:

“Yalnız 2025-ci ildə bu məqsədlərə 4 milyard manat ayrılıb. Bumaliyyə dəstəyi sayəsində nəzərdə tutulmuş layihələrin uğurlaicrası təmin edilir. Artıq bir çox keçmiş məcburi köçkün özyurd-yuvasına qayıdıb və onların rahat yaşayışı üçün bütün zərurişərait yaradılıb. 2026-cı ilin sonunadək “Böyük Qayıdış”proqramının birinci mərhələsinin tamamlanacağı və həmin mərhələdə140 min nəfərin Qarabağ və Şərqi Zəngəzura qayıdışıplanlaşdırılır”.

A.Həsənova vurğulayıb ki, Prezident İlham Əliyevin həyatakeçirdiyi uğurlu və uzaqgörən siyasət nəticəsində formalaşandayanıqlı iqtisadi inkişaf Azərbaycana heç bir kənar dəstəyəehtiyac duymadan öz azad olunmuş ərazilərini bərpa etmək imkanıyaradıb:

“Bu gün artıq güclü Azərbaycan mövcuddur – Müzəffər Ali BaşKomandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ərazibütövlüyünü təmin etdi və indi də möhtəşəm layihələr icra olunaraqazad edilmiş torpaqların sürətlə çiçəklənən, abad bir diyaraçevrilməsi istiqamətində qətiyyətli addımlar atılır”.

Məqalədə:
Seçilən
6
az.trend.az

1Mənbələr