AZ

"Necə yaxşı oynadığımızı sabah göstərəcəyik" - "Benfika"nın hücumçusu

style='margin-bottom:10px;'>

"Çempionlar Liqasına yaxşı başlamaq istəyirik və həmişə olduğu kimi hücum futbolu oynayacağıq. Qələbə qazanmaq bizim üçün ən vacib məsələdir".

QOL.az xəbər verir ki, bu sözləri "Benfika"nın futbolçusu Vangelis Pavlidis UEFA Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, "Qarabağ"la oyuna hazırlaşmaq üçün vaxtlarının az olduğunu bildirib: "Məşqçimiz və hamı bilir ki, mövsümə hazırlıq üçün bizə lazım olan vaxtımız olmayıb. Milli komandaların oyunları ilə bağlı çempionatda fasilə də oldu. Vaxtımız azdır, amma daha çox məşq edəcəyik ki, çətinliyi aradan qaldıraq".

Pavlidis sabahkı görüşdə yaxşı komanda olduqlarını göstəcəklərini də vurğulayıb: "Santa Klara” ilə yaxşı oyun göstərmədik. Mən insanların bizim haqqımızda yaxşı oyunçu olmadığımızı və ya yaxşı futbol oynamadığımızı danışdığını görürəm. Məncə, bu, sadəcə pis oyun idi və sabah göstərəcəyik ki, komanda necə yaxşı futbol oynaya bilər. Eləcə də oyunçularmızın keyfiyyətini görəcəksiniz".

Xatırladaq ki, “Benfika” - “Qarabağ” oyunu sabah keçiriləcək və Bakı vaxt ilə saat 23:00-da başlanacaq.

Seçilən
13
3
teleqraf.com

4Mənbələr