AZ

Mourinyo meydana keçmiş klubu ilə qayıtdı

Joze Mourinyo 2004-cü ilə qədər məşqçi kimi çalışdığı stadiona tamaşaçı kimi qayıdıb. Metbuat.az xəbər verir ki, Mourinyo “Porto” - “Nasional” matçını tribunadan izləyib. “Portu” azarkeşləri Mourinyonu alqışlarla qarşılayıblar. Klub rəhbərləri ilə birgə oyunu izləyən məşqçinin stadiondakı monitordan nümayiş etdirilməsi məmnunluqla qarşılanıb.

Qeyd edək ki, Joze Mourinyo 2002-2004-cü illərdə "Portu"nu çalışdırıb. O, klub tarixində əldə etdiyi uğurlarla yadda qalıb. UEFA Çempionlar Liqasında "Fənərbaxça" “Benfika”ya məğlub olaraq mübarizəni dayandırandan sonra Joze Mourinyo istefaya göndərilib.

Seçilən
62
1
metbuat.az

2Mənbələr