AZ

Özəl pensiya fondaları ilə bağlı vəziyyət nə yerdədir?VİDEO

Özəl fonda könüllü qoşulan vətəndaşlar pensiya yaşına çatmazdan əvvəl də vəsaitləri əldə edə biləcəklər.

Xezerxeber.az-ın xəbərinə görə, Əmək və əhalinin sosial müdafiəsi nazirliyinin Sosial Sığorta və Pensiya Siyasəti şöbəsinin müdir müavini Emil Əliyev bildirib ki, pensiya təminatı sisteminin gələcək dövrlər üçün maliyyə dayanaqılılığının təmin edilməsi və eyni zamanda vətəndaşlara dövlət təminatının əhatəliliyinin genişləndirilməsi istiqamətində atılan mühüm addımlardan da biri də özəl pensiya fondlarının yaradılmasıdır. Bununla bağlı qanun layihəsi də hazırlanıb.

Emil Əliyev qeyd edib ki, hazırda layihə aidiyəti dövlət orqanları ilə razılaşdırılma mərhələsindədir. Vətəndaşlar bu fonda könüllü şəkildə qoşularaq, gəlirlərindən vəsait ayırırlar. Pensiya yaşına çatdıqda isə, dövlət tərəfindən verilənlə özəl pensiya cəmlənir ki, bu da məbləğin artması ilə nəticələnir.

O da bildirildi ki, dünya təcrübəsində mövcud olan özəl pensiya modelində dünyasını dəyişən şəxsin yığılan özəl pensiyası vərəsələri arasında bölünür. Sözügedən modellərin Azərbaycanda da tətbiqi mümkündür.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
18
3
xezerxeber.az

4Mənbələr