AZ

"Benfika"nın baş məşqçisi: "Qarabağ"a qarşı fərqli strategiya tətbiq edəcəyik"

Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ”la oyun ərəfəsində “Benfika” oyunöncəsi mətbuat konfransı keçirib.

İdman.biz-in məlumatına görə, komandanın baş məşqçisi Bruno Laji və hücumçu Vangelis Pavlidis qarşıdakı oyunla bağlı gözləntilərini bölüşüblər.

"Qarabağ"ın mövqe taktikası fərqlidir, ona görə də strategiya və matçın özü tamamilə fərqli olacaq. Çempionlar Liqasındakı məqsədimiz bəllidir: harada və nə vaxt oynayırıqsa, qalib gəlməli və yaxşı futbol nümayiş etdirməliyik", - Laji deyib.

Pavlidis isə baş məşqçini dəstəkləyib: "Çempionlar Liqasına qələbə ilə başlamaq və həmişə olduğu kimi, hücum futbolu oynamaq, bununla da üç xal almaq istəyirik. Bunu Azərbaycan komandasına qarşı da göstərəcəyik".

“Benfika” – “Qarabağ” oyunu sentyabrın 16-da “Estadio da Luz” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr