AZ

Yük maşınlarının tərəzi problemi nə vaxt həll olunacaq?VİDEO

Elektron tərəzi yük maşını idarə edən sürücülərin işini çətinləşdirib.

Xezerxeber.az-ın xəbərinə görə, onlar iddia edirlər ki, yük və çəki qaydalara uyğun olduğu halda, tərəzinin cərimələrindən xilas ola bilmirlər.

Sürücülərin iddialarına görə, sertifikatlı tərəzilərdə çəkilən yük Yerüstü Nəqliyyat Agentliyinin tabeliyində olan elektron tərəzilərdə xeyli artıq gəlir. Hətta, bu quruma aid tərəzilərin də hamısı eyni cür göstərmir.

Sürücülərin bir çoxu, artıq yük haqda cərimə ilə bağlı sms gələn kimi, maşını elə həmin yerdə saxlayıb. Onlar bu gün Yerüstü Nəqliyyat Agentliyinə üz tutub, çəkilərin həmin yerdə, amma başqa tərəzilərlə yoxlanmasını tələb ediblər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, Magistral yollarda bu günə kimi 12 yerdə 19 elektron tərəzi quraşdırılıb. Bu prosesə nəzarətin artırılması nəticəsində normadan artıq yüklənən nəqliyyat vasitələri, demək olar ki, yollarda hərəkət etmir, bununla da yol səthi mühafizə olunur. Yazılan cərimələr isə tərəzidən keçən yük nəqliyyat vasitələrinin sayının çox kiçik bir hissəsini təşkil edir.

Tərəzilər vasitəsilə cərimələnənlər Yerüstü Nəqliyyat Agentliyində qəbul olunub. Hər birinin şikayəti fərdi qaydada qeydə alınıb. Özlərinin razılığı ilə məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
1
xezerxeber.az

1Mənbələr